AZ

“Turan Tovuz”da son durum: iki futbolçudan şad xəbər

“Turan Tovuz” Azərbaycan Premyer Liqası 33-cü turu çərçivəsində keçiriləcək “Zirə” oyununa itkilərlə çıxacaq.

İdmanxeber.az-a verilən məlumata görə, Qərb bölgəsi təmsilçisinin üzvü Qonçalves Bruno “Nefçti” qarşılaşmasında qırmızı vərəqə aldığı üçün bu matçda iştirak etməyəcək. Onunla yanaşı, zədəli olan Roderik Millerin də durumu bəlirsizdir. Futbolçunun “Zirə”yə qarşı oynayıb-oynamayacağı dəqiq deyil.

Digər zədəli futbolçular – Ayxan Qüseynovla Deniz Marandiçi isə tam sağalıb. Hər iki oyunçu da “qartallar”la matçın heyətində öz yerlərini alacaq.

“Turan Tovuz” – “Zirə” qarşılaşması mayın 5-də, saat 16:30-da start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla