AZ

Reallıqların fonunda yaranan REZONANS – TƏHLİL

Ermənistanda aranı qızışdırmaq istəyən qüvvələr Azərbaycanla danışıqlardan narahatlıq keçirdiklərini açıq şəkildə ifadə edirlər. Onlar Azərbaycan və Ermənistan arasında sülhün, dinc və yanaşı yaşamağın mümkünsüzlüyü barədə də fikir förmalaşdırmağa çalışırlar. Reallıqları, məhz Azərbaycanın yaratsığı reallıqları görməməzliyə vurmağa çalışanlar hətta həqiqətləri gizlətməyi belə məqbul hesab edirlər. Belə çıxır ki, yeni reallıqlar artıq əhəmiyyətli dərəcədə rezonans yaradıb.

Sülhün bərqərar olması, əmin-amanlığın təmin olunması, normal qonşuluq şəraitində yaşanılması, təhlükəsizlik, sabitlik arzuolunandır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq” adlı VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında səsləndirdiyi son bəyanatları bu dəfə də ara qarışdırmaq niyyətində olan hayların yuxusunu ərşə çəkib. Ölkə rəhbərimizin məhz Ermənistanla sülh prosesində müsbət tendensiya olduğunu qeyd etməsi bəzilərinin kürkünə birə salıb. “Azərbaycan sülhə nail olmaq üçün fəal işləyir. Danışıqlar Azərbaycanın hazırladığı sənəd əsasında aparılır”, ifadəsi isə ümumiyyətlə, sülh prosesini qəbul etməyənlər arasında bərk qıcıq doğurub. Onlara məxsus olan paxıllıq hissini də duymamaq mümkün deyil. Üstəlik, Azərbaycanda məhz sülh prosesi ilə bağlı müsbət əhval-ruhiyyənin olması belə onları tamamilə hövsələdən çıxarıb və artıq bu səbəbdən də ağıllarına gələni sayıqlayırlar. Həm də Azərbaycan Prezidentinin fikirlərindən tamamilə özlərini itirir, paxıllıq hissindən dolayı da əsəblərini cilovlaya bilmirlər. “Biz indi sülh prosesində müsbət tendensiya görürük. Sərhədin delimitasiyasına başlanılıb. Təkcə delimitasiya deyil, həm də sərhədin demarkasiyasına başlanıb”, deyə cənab Prezident İlham Əliyevin bəyan etməsindən qıcıqlanan haylar etiraf da edirlər ki, həqiqətən də Azərbaycan üçün tendensiya çox müsbətdir. Maraqlıdır, belə bir tendensiya niyə də müsbət olmamalıdır? Sual olunur ki, niyə onlar üçün, elə həm də Ermənistan üçün də tendensiya müsbət sayılmır axı? Niyə ermənilər bu prosesdən, sülhə aparan addımlardan narahat olmalıdırlar? Bəli, Azərbaycan ictimaiyyəti sülh prosesinin getdikcə yaxınlaşdığını hiss etdiyinə görə çox sevinir. Əvvəla ona görə ki, xalqımız sülhsevər xalqdır. Həm də axı, sülhün bərqərar olması, daimi əmin-amanlığın təmin olunması, normal qonşuluq şəraitində yaşanılması, təhlükəsizlik, sabitlik arzuolunandır. Normal cəmiyyət də belə bir şəraitdə yaşamağa üstünlük verir, bunu arzulayır. Bəs onda nəyə görə Ermənistanda bəzi qüvvələr bundan narahatlıq keçirməyə başlayırlar və görəsən reallıqlar niyə Ermənistanda daha bir rezonans doğurub axı?

Regionda, Cənubi Qafqazda təhlükəsizliyin təminatını vacib hesab etmək belə olur

Cənab Prezident İlham Əliyev bu dəfə də vurğulayıb ki, sərhədin delimitasiyası və demarkasiyası iki ölkə arasında əldə olunmuş razılaşmalar əsasında, heç bir vasitəçi olmadan həyata keçirilir. Yəni, ölkə rəhbərimiz razılaşmaların iki ölkə arasında, vasitəçi olmadan əldə olunmasının üstünlüyünü ifadə edir və haqlıdır da. Çünki kimlərinsə vasitəçiliyinin nə demək olduğunu hər birimizi yaxşı başa düşürük. Ən azından illər boyunca bununla bağlı əldə etdiyimiz təcrübələrimiz var və bilirik ki, bunun heç bir xeyri yoxdur, əksinə, ziyanı var, yaxud ola bilər. Bu barədə elə dövlətimizi başçısı da çox gözəl bir ehyam da vurub. “Bu bir daha onu göstərir ki, vasitəçilərə, xüsusən də öz maraqlarını rəhbər tutanlara ehtiyac yoxdur. Onlar kömək etmək istəmirlər, siyasi və iqtisadi maraqları naminə regiona nüfuz etmək istəyirlər. Onlar atəşi yenidən yandırmaq istəyirlər. Biz Cənubi Qafqazda bunun baş verməsinə imkan verməyəcəyik”, deyə bəyan edən ölkə rəhbərimiz açıq şəkildə bildirir ki, vasitəçilərin niyyəti kömək etmək yox, öz maraqlarından çıxış edərək, regionada yeni od, alov, atəş yaratmaqdır ki, buna da imkan verilən deyil. Bəli, bu mövqe regionun təhlükəsizliyinin, stabilliyinin qorunması üçün olan ən doğru mövqedir. Regionda, Cənubi Qafqazda təhlükəsizliyin təminatını vacib hesab etmək belə olur. Sual olunur ki, axı niyə bəzi ermənilər bundan narazıdırlar? Bunun nəyi onları qane etməyə bilər axı? Təbii ki, kimlərinsə, yəni üçüncü tərəfin iştirakı dedikdə ermənilər indi öz maraqlarından çıxış edən hansısa üçüncü tərəfi, məsələn, Fransa kimi bir ölkəni nəzərdə tuturlar. Yəni, ermənilər üçün sülh, sabitlik, stabillik yox, düşmən bəllədikləri Azərbaycan tərəfinin kimlərsə tərəfindən şantaj, təhdid edilməsi üçün üçüncü tərəfin iştirak etməsi maraqlı görünür. Bununla yanaşı, haylar ancaq ianələr, maddi yardımlar, dəstək haqqında düşünürlər. Onlar hansısa tərəfin iştirakına ən azından maddi qazanc əldə etmək vasitəsi kimi baxırlar və elə zənn edirlər ki, bütün dünya ölkələri haylara, Ermənistana pul, vəsait köçürməyə sanki borcludur və elə bil ikitərəfli danışıqlar onları bundan məhrum etmək deməkdir.

Azərbaycanın yaratdığı reallıqların qorxusu çoxlarının canına üşütmə salıb

Rəsmi Bakının mövqeyi hansısa ölkələri qane etməyə bilər. Əslində, Azərbaycanın heç bir ölkədən asılı olmaması dünyanın bir çox inkişaf etmiş ölkələrini qətiyyən qane etmir. Məsələn, dünyanın istənilən ölkəsində istədiyi qərarı verə bilən ABŞ bunu Azərbaycanda edə bilmədiyindən çox narahatdır. Elə məhz buna görə də ölkəmizə qarşı aqressiyasını da başa düşmək çətin deyil. Bununla belə, nəinki ABŞ, hətta Fransa kimi bir ermənipərəst Avropa ölkəsi də Azərbaycanın iradəsinə qarşı çıxa bilmir. Nəticədə də reallıqlarla barışmaq məcburiyyətində qalır. Yəni, reallıqları qəbul etməli olur. Rəsmi Paris əvvəlcə öz səfirini Bakıdan geri çağırırsa da, sonra onu ən qısa zamanda qaytarır, çünki bunun mənasız olduğunu anlayır, qarşı-qarşıya gəlməkdən çəkinir. ABŞ indi artıq Azərbaycanın sülh təşəbbüsünü alqışlamaqdan başqa çarə görmür. Rəsmi Vaşinqton Azərbaycanın bütün sülh təşəbbüslərini dəstəkləməyə hazır olduğunu bəyan edir və əksini heç iddia da edə bilmir. Avropa İttifaqı özü də prosesə dəstəyini ifadə edir. Deməli, bütün dünya qətiyyən Azərbaycanın sülh təşəbbüsünə qarşı çıxa bilmir. Hətta iki ölkə arasındakı danışıqları əksər ölkələr, beynəlxalq qurumlar dəstəklədiklərini bəyan edirlər. Amma Ermənistan yenə də narazıdır və yenə də nədənsə narahatlıq var və reallıqların qorxusundan yaranan rezonans artıq müşahidə edilməkdədir.

Maraqlı olan odur ki, ABŞ boyda böyük bir ölkə, Fransa kimi məkrli bir Avropa ölkəsi reallıqlar qarşısında çarəsizliyini görür, qəbul edir, Azərbaycanın haqlı mübarizədə iradəsinə, sülh təşəbbüslərinə qarşı çıxmaq istəmir, amma Ermənistan kimi cırtdan bir dövlət bununla razılaşa bilmir. Dünyanın ən “yekə” ölkələri, ən inkişaf etmiş, ən qüdrətli, ən varlı, ən güclü iqtisadiyyata malik olan məmləkətlətləri məhz Almaniyanın timsalında Azərbaycan həqiqətlərinə qarşı gəlmir, bununla barışır, amma səfalət içərisində olan, gözünü kimlərinsə ianələrinə dikən rəzil bir ölkə olan Ermənistan hələ də reallıqları qəbul etməkdə çətinlik çəkir. Avropanın ən qabaqcıl ölkələri rəsmi Bakının sülhsevər siyasətini də, diplomatik uğurlarını da həzm edir, Cənubi Qafqazın ən səfil ölkəsi olan Ermənistan bunu həzm edə bilmir. Hayların müxalifət düşərgəsi, revanşistlər, tarixin zibilliyindən boylanan Qarabağ klanı Azərbaycanın yaratdığı reallığa baxa bilmir. Onların gözü görsə də, reallıqları dərk etsələr də bunu yaxına belə buraxmaq istəmirlər. Magistral yolda, kəndlərdə, paytaxt İrəvanda olmaqla, harda gəldi etiraz aksiyası keçirməklə, öz narazılıqlarını ifadə etməklə, reallıqlara qarşı çıxırlar. Deməli, belə çıxır ki, Azərbaycanın yaratdığı reallıqların qorxusu çoxlarının canına üşütmə salıb. Elə Ermənistanda rezonans da məhz həmin reallıqların qorxusu fonunda yaranıb.

Müəllif: İnam Hacıyev
Seçilən
38
Mənbələr
Şərh ()
Bağla