AZ

“Neftçi” “Araz-Naxçıvan” və “Baku Fire”ın kölgəsində qaldı

Bu gün futzal üzrə Yüksək Liqada mövsümün sonuncu - XX turunun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, “Record club” yarışdan kənarlaşdırıldığı üçün “Baku Fire” 3 xalı meydana çıxmadan hesabına yazdırıb.

"Yasamal Bakı" ilə qarşılaşan “Neftçi” meydançaya legionerlərsiz çıxıb və 15:6 hesablı qələbəyə sevinib.

Yüksək Liqada mövsümün son matçında isə “Araz-Naxçıvan” və U-19 üz-üzə gəlib. Gözlənildiyi kimi, son çempion çətinlik çəkmədən qələbə qazanıb - 8:0.

Bununla da Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub.

Son oyundan sonra komandalara mükafatlar təqdim olunub.

Əvvəlcə matçın hakim-inspektoru Murad Məmmədov və referilər - Elgün Hüseynov, Mahir Məmmədov və Rza Məmmədov səhnəyə dəvət alıblar.

Bundan başqa, Vitali Borisova ("Araz-Naxçıvan") ən yaxşı baş məşqçi, 57 qol vuran “Neftçi”nin üzvü Reza Abgouna ən məhsular oyunçu nominasiyası üzrə mükafat təqdim edilib.

“Neftçi”yə bürünc, “Baku Fire”yə gümüş, “Araz-Naxçıvan”a isə qızıl medallar və çempionluq kuboku təqdim edilib.

Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov və AFFA-nın baş katibinin müavini Kamran Vəliyev təqdim ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla