AZ

Nərmin və rəqqasə Aygün arasında qalmaqal

Bu gün XƏZƏR televiziyasında  "İncə səhər” verilişində qonaq olan müğənni Nərmin Kərimbəyova və rəqqasə Aygün Babayeva arasında mübahisə düşüb.
 
Buna səbəb Aygünün illər öncə olmuş hadisəni yenidən gündəmə gətirməsi olub.
 
Belə ki, kinli olduğunu deyən Aygün Nərminə bir neçə il əvvəl onun ünvanına yazdığı kobud şərhi xatırladıb. Nərmin isə həmin şərhi xatırlamadığını deyib və onu yazdığına görə Aygündən üzr istəyib. 

Daha sonra Aygün özü də Nərminin videolarına neqativ fikirlər yazdığını etiraf edib.

Sosial şəbəkə izləyiciləri Nərminin addımını alqışlayıb, Aygünü isə köhnə palan içi tökməkdə ittiham edib və bu məsələni efirdə deyil, efirdən kənar da həll etməyin mümkün olduğunu qeyd ediblər.

 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla