AZ

Gürcüstan hakimiyyəti ABŞ-a səfər dəvətindən imtina edib

Yazını böyüt
Yazını kiçilt

Gürcüstan hakimiyyəti tərəfdaşlıq məsələlərini müzakirə etmək üçün ABŞ-a səfər etmək dəvətini rədd edib. TASS xəbər verir ki, bu barədə Amerika səfiri bildirib.

Mayın 2-də ABŞ-ın Gürcüstandakı səfirliyi Tbilisidə “Xarici agentlər haqqında” qanuna qarşı etirazçılara dəstək ifadə edib.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Gürcüstan anti-Qərb ritorikasına və xarici agentlər haqqında qanun layihəsinə görə Avropa İttifaqı və NATO-ya üzvlük perspektivlərini riskə atıb. Dövlət Departamentinin sözçüsü hesab edir ki, Gürcüstanda kütləvi etirazlara səbəb olan qanun layihəsi Moskvadan “ilhamlanıb”.

Hakim “Gürcü Arzusu” partiyasının deputatı Rati İonatamişvili Millerin sözlərinə cavab olaraq bildirib ki, Tbilisi milli təhlükəsizlik maraqlarından çıxış edir.

Ləman Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla