AZ

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Tələbə

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində fakültənin Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib.

1news.az xəbr verir ki, Tibb İdarəsinin və Hərbi Tibb Fakültəsinin tibb xidməti zabitləri, Azərbaycan Tibb Universitetinin professor-müəllim heyəti, tələbə və kursantlarının iştirak etdiyi konfransda əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.

Konfransda Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində hərbi tibb sahəsində tətbiq olunan yeniliklərdən, müasir hərbi tibb elminin inkişafından danışılıb, "İşğaldan azad olunmuş ərazilərdə su nümunələrinin fiziki-kimyəvi və bakterioloji təhlili", "Müasir müharibə şəraitində sanitar itkilərin xüsusiyyətləri", "Robotik cərrahiyyənin gələcək perspektivləri və üstünlükləri", eləcə də digər mövzular üzrə məruzələr, çıxışlar dinlənilib və ətraflı müzakirələr aparılıb.
Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti ümumilikdə müsbət qiymətləndirilib, nəzəri və praktiki təcrübələri daha da dərinləşdirməyin, qeyd olunan mövzular üzrə araşdırmalar aparılmasının vacibliyi tövsiyə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
2
Mənbələr
Şərh ()
Bağla