AZ

Özbəklər və qırğızlar da Rusiyaya buraxılmır - “Əvvəllər təkcə tacikləri buraxmırdılar”

Rusiya sərhədçiləri Özbəkistan və Qırğızıstan vətəndaşlarının ölkəyə girişini kütləvi şəkildə qadağan etməyə başlayıblar. 

“AzPolitika” xəbər verir ki, bu barədə rusiyalı hüquq müdafiəçisi Valentina Çupik məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, əvvəllər Rusiya hakimiyyəti təkcə Tacikistan vətəndaşlarını kütləvi şəkildə ölkəyə buraxmırdı. Çupik deyib ki, miqrantların girişdə saxlanması aprelin 24-də başlayıb və mayın 1-dək Rusiya hava limanlarında 4500-ə yaxın insan toplanıb. Təxminən o qədər də xarici vətəndaş yerüstü keçid məntəqələrində qalıb. O, qeyd edir ki, Rusiya indiyədək heç vaxt belə geniş miqyasda əcnəbilərin ölkəyə girişinə qadağa qoymayıb.

Hüquq müdafiəçisinin dediyinə görə, indi Tacikistan vətəndaşları keçid məntəqələrində saxlanılanların ümumi sayının dörddə birini təşkil edir. Saxlanılanların təxminən yarısı Özbəkistandan olan miqrantlar, qalanları isə əsasən Qırğızıstan vətəndaşlarıdır.

Aprelin 24-dən bu yana miqrantlar baş verənlərlə bağlı heç bir izahat vermədən onlara su və yemək verilməməsindən, tualetə buraxılmamalarından, telefonlarının götürüldüyündən şikayətləniblər. Bir çox miqrantlar bir-iki gün ərzində geri göndərilir, lakin bəzən proses bir həftə uzana bilir.

Çupik qeyd edib ki, sərhədçilər xüsusilə də bığı olmayan saqqallı kişiləri, eləcə də hicablı qadınları ölkəyə buraxmır. Baxmayaraq ki, ölkəyə girişi qadağan edilənlərin çoxu əvvəllər Rusiyada işləyib.

Özbəkistan və Qırğızıstanın Xarici İşlər nazirlikləri hələ ki, mövcud vəziyyəti şərh etmirlər.

“AzPolitika.info”

Seçilən
66
20
Mənbələr
Şərh ()
Bağla