AZ

Şərq-Qərb beynəlxalq avtomobil yolunun 64 faizi artıq hərəkət üçün açıqdır- İrakli Karseladze

Tbilisi. Trend:

Gürcüstanda Şərq-Qərb beynəlxalq avtomobil yolunun 64 faizi vəya 276 kilometri artıq hərəkət üçün açıqdır.

Trend xəbərverir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastrukturnaziri İrakli Karseladze Tbilisidə keçirilən Tbilisidə Asiyaİnkişaf Bankının illik toplantısı çərçivəsində "Bağlantılarıngücləndirilməsi: Avropa Əlaqələri Dəhlizi (Bərpa olunan Enerji vəRəqəmsal Bağlantı) və Orta Dəhliz (Avro-Asiya Bağlantısının YenidənFormalaşdırılması)" mövzusunda panel müzakirəsində çıxışındadeyib.

İrakli Karseladze çıxışında Gürcüstanda həyata keçirilən və OrtaDəhliz çərçivəsində ölkənin potensialını ötən mühümyol-infrastruktur layihələrindən bəhs edib.

Nazir qeyd edib ki, Şərq-Qərb beynəlxalq avtomobil yolunun 64faizi və ya 276 kilometri artıq hərəkət üçün açıqdır, avtomobilyolunun 66,1 kilometrliyində isə işlər davam edir ki, bu dadəhlizin buraxılış qabiliyyətini əhəmiyyətli dərəcədə artırmağaimkan verəcək.

İ.Karseladze həmçinin, Şərq-Qərb avtomagistralının bir hissəsiolan və 70 faizinin artıq avtomobil nəqliyyatı tərəfindən istifadəolunduğu yeni Rikoti yolu layihəsindən bəhs edib. Əsas yolun 36kilometri inşa olunub və 89 körpü tikilib.

Nazir ötən həftə AİB-in dəstəklədiyi iki mühüm layihənin uğurlanəticələndiyinə diqqət yetirib. 9 kilometrlik Zestafoni dolama yoluistifadəyə verilib və Kuşeti kəndini Kobi kəndi ilə birləşdirən 15metr diametrə malik, 9 kilometr uzunluğunda tunelin TBM (tunelqazma maşını) ilə qazılması başa çatdırılıb ki, bu da AİB tarixindəunikal nəticə olub.

Qeyd edək ki, mayın 2-5-də keçiriləcək 57-ci illik toplantınınmövzusu “Gələcəyə Körpü”dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq.Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu,ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİBprezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcədə, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxışedəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okeanregionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdənkeçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə miniştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi banklarınrəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorunnümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarınınnümayəndələri, gənclər, elm və media nümayəndələri iştirakedir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
50
Mənbələr
Şərh ()
Bağla