AZ

Qohumunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Qohumunu

Bakı, 2 may, AZƏRTAC

Mayın 2-də Ağcabədi rayon sakini 1990-cı il təvəllüdlü Nəzmiyyə Məhərrəmovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağcabədi Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı 1992-ci il təvəllüdlü Elgiz Məhərrəmovun rayonun Sarıcalı kəndi ərazisindəki fərdi yaşayış evində Nəzmiyyə Məhərrəmovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Elgiz Məhərrəmov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
2
Mənbələr
Şərh ()
Bağla