AZ

"Türkiyəni hədəf alan kampaniyalar çoxalıb" - Ərdoğan

"Kimliyindən və əqidəsindən asılı olmayaraq, zalımı zalım, məzlumu isə məzlum adlandırmağa davam edirik".

Bakıvaxtı.az "Cumhuriyet"ə istinadən bildirir ki, bunu Ankarada keçirilən "Beynəlxalq Demokratik Birlik Bacarıqlarının Artırılması və Təlim Seminarı"nda çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, açıqlamasında bu kampaniyaların yeganə məqsədinin Türkiyənin susdurulması cəhdlərinin olduğunu bildirib.

"Türkiyə Qəzza böhranında ağıllı və cəsarətli mövqe nümayiş etdirdi. Qəzzaya ən çox humanitar yardım edən ölkəyik. Biz həmişə soyqırımı gündəmdə saxlamışıq. Qlobal sionist lobbisinin bütün təzyiqlərinə baxmayaraq, bu mövqeyimizi qoruyuruq". - deyə Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğanın sözlərinə görə, İsrail qüvvələri xəstəxanaları, məscidləri, kilsələri, qaçqın düşərgələrini, məktəbləri və mülki insanları hədəf alıb:

"Təəssüf ki, İsrailə "bəsdir" deyəcək cəsur ruh yox idi. Qərb ölkələrinin atəşkəsə çağırmağa belə cəsarəti çatmadı. Bəzi nüfuzlu Amerika universitetlərinin vicdanlı akademikləri və tələbələri qətliama reaksiya versələr də, buna görə zorakılığa, qəddarlığa və işgəncələrə məruz qalırlar".

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla