AZ

Gürcü politoloq Qərbi tənqid edib: Niyə onlar bizə diktə etməlidilər?!

Gürcü

Tbilisi, 2 may, AZƏRTAC

“Gürcüstanın qəbul etmək istədiyi qanun bir sıra ölkələrində, eləcə də ABŞ-da var. Bu qanunların adları müxtəlif olsa da məğzi eynidir. Lakin təəssüflər olsun ki, həmin dövlətlər Gürcüstanın özlərində də olan qanun layihəsini qəbul etməsindən narazıdırlar".

Bu sözləri AZƏRTAC-a müsahibəsində politoloq, Gürcüstanın Əməkdar jurnalisti Badri Naçkebiya deyib.

B.Naçkebia bildirib: “Onlar bu düşüncə ilə yaşayırlar ki, bizə verilən icazə başqalarına olmamalıdır. Burada məntiq haradadır?! Niyə onlar bizə diktə etməlidilər, biz də susub onların dediyini etməliyik?! Olmaz bu cür. Bu, heç doğru addım deyil. Qərb, o cümlədən ABŞ bunu düşünməlidir”.

Politoloq vurğulayıb ki, Gürcüstan dövləti nə etdiyini, hansı addımı atdığını bilir.

“Biz öz maraqlarımızı qoruyuruq. Avropa bizi yalnız vizasız gediş-gəlir və Aİ üzvlüyünə namizədliklə saxlaya bilir. Gürcüstanın da bundan ehtiyat etdiyini bilən Qərb, ABŞ yaranan vəziyyətdən maksimum istifadə edir. Amma düşünürəm ki, ortaq yol tapılmalıdır. Bu cür sərt çıxışlarla ortaq yol tapıla bilməz, yalnız əlaqələr korlanar”, - deyə Naçkebiya vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla

Reytinq