AZ

Norveçin illik müdafiə büdcəsi 9 milyard dolları ötəcək

Bu il Norveç hökuməti krallığın müdafiə xərclərini 632 milyon dollar artıracaq və ölkənin ÜDM-nin 2%-i hədəfinə çatdıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hökumət məlumat verib.

Beləliklə, Norveçin illik müdafiə büdcəsi 9,38 milyard dollara çatacaq. Yaxın 12 ildə hərbi ehtiyaclar üçün daha 54,14 milyard dollar ayrılması planlaşdırılır və 2036-cı ildə illik müdafiə büdcəsinin təxminən 15 milyard dollar təşkil edəcəyi gözlənilir.

 

Gözəl Həşimova

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla