AZ

“İsrail Rəfaha hücum etsə, danışıqlar bitəcək” - HƏMAS

İsrail Rəfaha hücum edərsə, danışıqlar bitəcək.

“AzPolitika” xəbər verir ki, bunu HƏMAS Hərəkatının Siyasi Büro üzvü Usamə əl-Həmdan bildirib.

O, xəbərdarlıq edib ki, İsrail Qəzza zolağının Rəfah bölgəsinə qurudan hücuma başlasa, israilli məhbusların mübadiləsi ilə bağlı aparılan danışıqlar başa çatacaq.

O, həmçinin bəyan edib ki, onların İsraillə bağlı danışıqlarda səsləndirilən təkliflərə münasibətləri mənfidir.

“AzPolitika.info”

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla