AZ

Gəncədə Açıq Qərb Kuboku

Gəncə Olimpiya İdman Kompleksində dünya çempionu Elnur Alıyevin xatirəsinə həsr olunan kikboksinq üzrə Açıq Qərb Kuboku keçirilib. Yarış “Kikboksinq narkomaniya və uşaq cinayətkarlığına qarşı” devizi altında təşkil olunub.

Ənənəvi birinciliyin açılış mərasimində Gəncə kikboksinqçilərinin 1992-ci ildən dünya, Avropa çempionatlarında və beynəlxalq turnirlərdə yüksək nailiyyətlər qazandığı bildirilib. Potensiallı idmançılar və bacarıqlı məşqçilərin sayəsində illərdir nəticələrin davamlı olduğu qeyd olunub.

Rəsmi hissədən sonra birinciliyə start verilib. Bununla da mükafatlar uğrunda 30 komandanın 310 idmançısı mübarizəyə qoşulub.

Yarışda Gəncə təmsilçiləri ilə yanaşı ətraf şəhər və rayonların döyüşçüləri də qüvvəsini sınayıb. Birinciliyin nəticələrinə əsasən, fəxri yerlərdə qərarlaşan kikboksinqçilər medal, diplom və kubokla təltif olunub.

BƏHRUZ MUSAYEV, GƏNCƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla