AZ

Qələbəmizin təntənəsi: Şuşa turizm paytaxtı seçildi

Türkiyənin Ərzurum və Şuşa şəhərlərinin 2025-2026-cı illər üçün turizm paytaxtları seçilməsi turizm sahəsində regional əməkdaşlığın inkişafına töhfə verəcək. Bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, turizm sahəsində əməkdaşlıq fonunda hər il İƏT-in turizm paytaxtlarının elan edilməsi ilə bağlı yeni təşəbbüsü var:                                                                                                                                             "Bu il Özbəkistanın Şahrisəbz şəhəri bu adı daşıyır, lakin 2025-ci ildə və 2026-cı ildə müvafiq olaraq Türkiyənin Ərzurum və Azərbaycandan Şuşa şəhərləri İƏT regionunun rəsmi turizm paytaxtı statusunu alacaqlar. 2026-cı il turizm sahəsində regional əməkdaşlığın inkişafına daha da töhfə verəcək”.

Məsələni dəyərləndirən turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov "Sherg.az"a bildirib ki, 2026-cı ildə iqtisadi əməkdaşlıq təşkilatında Şuşanın rəsmi turizm paytaxtı seçilməsi təqdirəlayiq haldır:

"Bu ölkəmizin, işğaldan azad olan ərazilərimizin qələbəsinin təntənəsidir. Bu status vasitəsi ilə silsilə tədbirlərin keçirilməsi, bura müxtəlif ölkələrdən əcnəbilərin səfəri turizm nöqteyi cəhətdən əhəmiyyətlidir. Həmçinin, burada medianın gücünü xüsusi vurğulmaq lazımdır. Onlar keçirilən tədbirləri işıqlandıraraq bütün dünyaya çatdırılmasına kömək göstərirlər. Bu da gələcək üçün vacib nüanslardan biridir. Bununla bir növ işğaldan azad olunan ərazilərin təhlükəsiz olduğunu sübut edirlər. Ona görə də dövlətimiz media subyektlərini, diplomatik nümayəndələri həmin ərazilərə dəvət etməklə, orada görülən işlərlə tanış etməlidir. Bununla bütün dünya Qarabağın Azərbaycan ərazisində ciddi inkişaf yolu keçdiyini, mədəni müxtəlif siyasi tədbirlərə ev sahibliyi etdiyini görəcəklər".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla