AZ

Çin və Filippin arasında gərginlik davam edir

Filippin və Çin arasında Cənubi Çin dənizində gərginlik davam edir. Filippin Xarici İşlər Nazirliyindən verilən açıqlamada Filippin gəmilərinə qarşı təzyiqlərə görə nazirliyə çağırıldığı bildirilib. “Filippin, Çin sahil mühafizəsinin Filippin gəmilərinə qarşı təqib etməsinə, sıxışdırmasına, maneə törətməsinə, təhlükəli manevrlərinə, şırnaqla su vurmasına və digər aqressiv hərəkətlərinə etiraz edib”, - deyə məlumatda bildirilir.

News24.az xəbər verir ki, açıqlamada Çinin aqressiv hərəkətlərinin Filippin gəmilərinə zərər verdiyi bildirilib. Çin gəmilərindən dərhal bölgəni tərk etmələri istənilib. Xarici İşlər Nazirliyi Çinin bu il 20-ci, yeni hökumətin gəldiyi 2022-ci ildən isə 153-cü dəfə məsələ ilə bağlı diplomatik etiraz etdiyini açıqlayıb.

GƏMİLƏRƏ MÜDAXİLƏ

Çin Sahil Mühafizəsi qrupları Cənubi Çin dənizində Filippin Sahil Mühafizəsi (PCG) gəmisi və Balıqçılıq, Su Resursları Bürosu (BFAR) qayığına təzyiqli su səpərək gəmilərə ziyan vurub. Filippin Çini artan təzyiqdə ittiham edib. Çinin Maniladakı səfirliyindən dünən verilən açıqlamada, hadisənin baş verdiyi Skarboro rifinin Çin ərazisi olduğu bildirilərək Filippini pozuntularına və təxribatlarına son qoymağa çağırılıb.

Filippin iddia edir ki, Scarborough rifi özünün müstəsna iqtisadi zonası daxilindədir, Çin isə onun suverenliyi altında olduğunu iddia edir.

Günel Məlikzadə


Seçilən
65
Mənbələr
Şərh ()
Bağla