AZ

Sərhəddə keçirilən aksiyalar 4 kəndin qaytarılmasını ləngidə bilərmi? – AÇIQLAMA

Ötən həftə Ermənistan 4 kəndi Bakıya qaytarmağa razılaşıb.

Razılaşmaya əsasən proses 15 may 2024-cü ilə qədər müvafiq sənədlərin razılaşdırılması və imzalanması ilə başa çatmalıdır.

Sazişə etiraz edən Ermənistan sakinləri bir neçə gündür ki, kəndlərin Azərbaycana qaytarılmasına etiraz edir, sərhəddə aksiyalar təşkil edirlər. Bu etirazlar kəndlərin qaytarılması prosesini ləngidə bilərmi?

Bu mövzu ilə bağlı Turkustan.az-ın suallarını hərbi ekspert Ədalət Verdiyev cavablandırıb.

Səfər

Ekspert bildirib ki, “Ermənistan işğal altında saxladağı Azərbaycan kəndlərinin qaytarılmasını kifayət qədər ləngidib. Hazırda bu proses aktiv mərhələdədir. İnanıram ki, bu ayın sonuna kimi 4 kəndin qaytarılması məsələsi mütləq həllini tapacaq. Çünki Ermənistanın bu proseslərə təxribat törətməsi, yəni müxtəlif bəhanələrlə kəndlərin qaytarılmasını ləngitmək Ermənistana müsbət heç nə vəd edə bilməz. Əksinə, kövrək etimad mühitinə ciddi ziyan vura bilər”.

Ekspert əlavə olaraq bildirib ki, “hazırda Ermənistan tərəfi Xeyrimli kəndi istiqamətində qoşunlarını geri çəkir. Ümumilikdə Azərbaycan ərazisində düşmənin 24 mövqeyi ləğv edilib, sərhədin 12 km-ə yaxın uzunluğunda olan hissələrdə delimitasiya prosesi başa çatıb, demarkasiya prosesi davam edir”.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
173
Mənbələr
Şərh ()
Bağla