AZ

İqlim dəyişikliyinin təsirləri mədəni irs abidələrində hiss edilir - İSESCO Baş katibinin müşaviri

Bakı. Trend:

İqlim dəyişikliyinin təsirləri mədəni irs abidələrində hissedilir.

Trend xəbər verir ki, bu barədə İSESCO Baş katibinin müşaviriHeşa Əl Əskəri VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsindəkeçirilən "Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyifonunda mədəni irs" adlı panel sessiyasında çıxışı zamanıdeyib.

O qeyd edib ki, mədəni irs abidələrimiz artıq təhlükədədir.

“Biz hansı addımlarla bu təhlükənin qarşısını ala biləcəyimizbarədə düşünməliyik. Xəzər dənizinin səviyyəsi aşağı düşür. Aralıqdənizində də bu problem yaşanır. Bunun üçün dayanıqlı həll yollarıtapmalıyıq.

Mədəni irs bizim keçmişimiz və gələcəyimizdir. Onu qorumaqlabağlı məsuliyyət bizim üzərimizə düşür”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası DialoqForumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq vəQarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlifölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərləyanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində onpanel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdətutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləntədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO vəBMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı iləkeçirilir.
Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla