AZ

163 abidənin inventarlaşdırılması həyata keçirilə bilmir - Səadət Yusifova

Bakı. Trend:

İqlim dəyişikliyi ilə bərabər, müharibələr də xeyli sayda mədənivə təbii irsin dağıdılması ilə nəticələnir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasımədəniyyət nazirinin müavini xanım Səadət Yusifova VIMədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Keçmiş vəgələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" adlıpanel sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, torpaqlarımızın 30 ilə yaxın müddət ərzindəErmənistan tərəfindən işğalı mədəni və təbii irsimizindağıdılmasına gətirib çıxarmış, bizim milli irsimiz mədənisoyqırıma məruz qalıb.

"Ümumilikdə, Qarabağ və Şərqi Zəngəzurda 705 tarix və mədəniyyətabidəsi dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda aparılantəhlillər nəticəsində müəyyən olunub ki, işğal dövründə onlarməqsədli şəkildə dağılmaya, vandalizmə məruz qalmış, 47 abidə yerüzündən silinib, 163 abidə Təhlükəsizlik səbəbindəninventarlaşdırılma aparılmayan abidələrdir. Bu abidələr əsasən minavə sursat partlayışı riski olan ərazilərdədir. Bu abidələrinbərpası və konservasiyası Böyük Qayıdışın prosesinin tərkibhissəsidir.

Mədəni irsin qorunması və gələcək nəsillərə tam şəkildəçatdırılması qarşımızda duran əsas vəzifələrdəndir", - deyə o qeydedib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası DialoqForumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq vəQarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlifölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərləyanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində onpanel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdətutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləntədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO vəBMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı iləkeçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla