AZ

Sirk və ayı üçün konfet - ALLAHEVRDİ EMİNOV YAZIR

Pritça

Ötən əsrin 80-90-cı illərində uşaq və yeniyetmələrin Sirkə güclü meyli vardı, SSRÄ°-nin müxtəlif şəhərlərini təmsil edən sirk truppaları Bakıya müntəzəm qastrol sə­fərləri edirdilər. O vaxt məktəbli uşaqlarımı Sirk tamaşalarına aparırdım, həvəslə ba­xır, zövq alırdılar. Onların fikrindən nə keçirdi – soruşmurdum. Ä°ndi təəssüf­lə­nirəm səhvdə olmuşam. Bu, biz valideynlərin böyük səhviymiş. Axı, uşağın daxili fə­rəh və faciələrini heç vaxt yaşlılar anlaya bilməmişlər. Bu uşaqlar yaşa dolduqca hər şeyi başa düşəcəklər – bu ümidi varlığımızda yaşatmışıq.

Xatırlayıram: sirkin arenasına çıxan vəhşi heyvanlar uşaqları daha çox ma­raq­landırırdı. Atları qamçılayanlara hirslənir: “Ata, atların nə günahı var, qamçını ha­vada oynadır, sonra yancaqlarında şaqqıldadırlar”, – pıçıldayırdı. Mən uşağın diq­qətini yayındırmaq istəmirdim...

Atlar öz işlərini başa vurub, arenanı tərk edirdilər. Onları vəhşi şirlər, ayılar əvəz­ləyirdi. Təlımçilər isə şirləri, ayıları ram etmək üçün cibindən konfet çıxarıb hey­vana verirdilər. Ağzı şirinləşən şirlər və ayılar təlimçinin göstərişlərini dərhal ic­ra edirdilər. Beləliklə, uşaqlar sirkdəki “oyunbazlardan” zövq alırdılar. Bəli, bu ta­maşaya baxan uşaqlar əl çalır, sevinirdilər, biz yaşlılar isə uşaqlaşırdıq. Ani ola­raq həyatda baş verən hadisələri: ziddiyyətləri, haqsızlıqları xəyalımızdan keçirir, belə olayların “qamçılanmasını” arzulayırdıq. Halbuki, atların günahı nəydi? Şir­ləri və ayıları konfetlə aldadan təlimçiləri əvəz edən məmurlar bir konfetlə camaa­tın başını qatırlar.

Sirk mənim üçün həyatın canlı modeli kimi yaddaşımda yaşayır. Sirk mə­nim üçün əyləncə deyildi, sadəcə cəmiyyətin arenaya çıxarılan atributu idi. Sirk mə­nim üçün uşaqların əyləncə yeriydi. Sirk mənim üçün yaşından asılı olmadan diq­qət mərkəzinə düşən incəsənətin bir növüdür. Çün, sirkdə uşaqlar sevinir, əl ça­lır, ayağa qalxıb vəhşi heyvanları alqışlayırlar. Sirk mənim yozumumda tamaşa­çı­lar və uşaqlar üçün sevgidən başlayır, bu mənada kəndirbazlar, janqlyorlar, gim­nast­lar peşələrini nümayiş etdirirlər, balaca tamaşaçılarını “aldadırlar”. Hələlik bu uşaq­lar üçün arenada baş verənlər yalnız əyləncə üçündür. Təlimçilər isə qamçı və kon­fetlə heyvanları aldadırlar, minbir oyundan çıxarırlar. Eyni zamanda özlərini aldadırlar.

Sirkdə əyləncələri musiqi müşayət edir, asta və təntənəli melodiyaların səda­la­rı altında arenada kəhər atlar qaçışır – qamçılar şaqqıldayır, şirlər və ayılar bir kon­fetin sorağında ayaqlarını yuxarı qaldırır, ağızlarını açır, təlimçidən şirin nəsə umurlar. Musiqi isə səslənir...

Ä°llər yetişdi, uşaqlarım mənim yaşıma çatdılar, kiçik oğlum mühəndis ixti­sa­sına yiyələndi, fabrikdə sex rəisi vəzifəsini tutdu, işləri pis getmirdi. Yeni ildə köh­nə direktoru vəzifədən götürdülər – iclasda “baş direktorun” aşını bişirmişdi, xə­bər tutub oğluma dedim ki, nahaq belə danışmısan, indi “böyükləri” tənqid etmək dəb­də deyil, altını çəkirlər bu cür adamlar. Oğlum mənimlə razılaşmırdı, inadından dön­mək istəmirdi:

 – Ata, – astadan pıçıldadı. – Fabriki batırıbdır palçığa, gələndən ancaq geri­lə­yirik, mukafatlardan məhrum oluruq. Günü xarici ölkələrə səyahətdə keçir, büd­cəni sıfıra endirib. “Yuxarıdakı”nın yaxın qohumudur, həm də yerlisidir.

Oğlum aya­ÄŸa qalxdı, yan otağa keçdi və əlində salafan torbada qayıtdı.

– Ata, dünən işçilərə verdiyi mukafat bir kilo konfet oldu. Budur!

Mən gülümsədim.

– Oğul, – dedim. – Yadından çıxmayıb ki?

Təəccüblə üzümə baxdı:

– Nəyi deyirsən, ata? Olmaya bizi sirkə apardığın illəri nəzərdə tutursan?

Yadındamı, təlimçi şirə, ayıya konfet verib oynadırdı!

– Xatırladım, ata, deyirsən təzə direktorun da!

– Deyirsən, qamçısız, konfetsiz dünya axtaraq. O dünya varmı?

– Yox, elə bu dünyada yaxşı şeyi, haqqı tapmaq olar, tələsmə. Sən də dilinin al­tına şəkər qoy. Ulu Nizami yazıb ki:

Bu cürə bəzəkli bir dünya varkən

Bir də başqa axtarmaq nədən?

Yaşamaq olursa harada mümkün,

Ayrı bir dünyaya köçmək nə üçün?

Əgər orda isə bizim yerimiz

Əvvəlcə bəs bura neçin gəldik biz?..

Allahverdi EMÄ°NOV

 

Seçilən
4
Mənbələr
Şərh ()
Bağla