AZ

ABŞ Rusiyanın LNG layihələri üçün Çindən avadanlıq tədarükünü əngəlləyib

ABŞ Rusiyanın LNG layihələri üçün Çindən avadanlıq tədarükünü əngəlləyib. Belə ki, ABŞ Xəzinədarlığı "Novatek"in Arktikada LNG layihələri üçün Çindən Rusiyaya modul və avadanlıq daşıyan gəmi sahiblərinə və ixtisaslaşmış ağır yük gəmilərinə qarşı sanksiyalar tətbiq edib. Bu, mayın 1-də dərc edilmiş sanksiyalar siyahısının yeni nəşrində ortaya çıxıb.
Sanksiya siyahısına xüsusilə Sinqapurun "Red Box Energy Services PTE Ltd" (Hollandiya Red Box Energy Services-in strukturu) və onun "Arc7" gücləndirilmiş buz sinfinə aid xüsusi gəmiləri - "Audax" və "Pagnax" daxildir. Onlar 2016-cı ildə Novatek layihələri üçün, o cümlədən Şimal Dəniz Yolu boyunca Çin modullarının tədarükü üçün inşa edilib. Sanksiyaya məruz qalan şirkət artıq "Yamal LNG" layihəsi üçün modullar tədarük edib. Fevralın sonunda onun gəmiləri ABŞ-ın sanksiyaları altında olan "Arctic LNG-2" LNG zavodunun ikinci xəttinin tikintisi üçün yük çatdırıb.
Həmçinin məhdudiyyətlər altında Honq Konq gəmi şirkəti "CFU Shipping Co. Limited" və onun ixtisaslaşmış yük gəmiləri "Hunter Star" və "Nan Feng Zhi Xing" də düşüb. Eləcə də Şimal dənizlərində fəaliyyət göstərən Rusiya şirkətləri, həmçiin onların gəmiləri də qara siyahıya salınıb.

Ülviyyə, Hurriyyet.az

Seçilən
1
Mənbələr
Şərh ()
Bağla