AZ

Gürcüstan parlamentində bütün tədbirlər ləğv edilib

May ayında aksiya iştirakçılarının Gürcüstan parlamentinin sarayına hücumu nəticəsində parlamentin binasına və infrastrukturuna ziyan dəydiyi üçün bu gün, mayın 2-də planlaşdırılan tədbirlər (büro və plenar iclaslar) baş tutmayacaq.AFN.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat mərkəzi məlumat yayıb.Yayılan məlumatda qeyd olunur ki, qanunverici orqanın ərazisində təmizlik-bərpa işləri aparılır, binada fəaliyyət göstərdiyi müddətdə qırmızı mühafizə səviyyəsi tətbiq edilib, müəyyən edilmiş şəxslər istisna olmaqla, heç kim parlamentə buraxılmayacaq.Xatırladaq ki, mayın 1-də parlament üzvləri “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini 83 səslə ikinci oxunuşda qəbul ediblər.Bu qanuna qarşı etirazların dağıdılması zamanı hüquq-mühafizə orqanları xüsusi vasitələrdən: su şırnaqlarından, bibər qazından, gözyaşardıcı qazdan istifadə ediblər. Etirazçılar xüsusi təyinatlıların da rezin güllələrdən istifadə etdiyini iddia etsə də, Daxili İşlər Nazirliyi bu məlumatı təsdiqləmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla