AZ

Naxçıvan İctimai Səhiyyə Xidmətinə təyinat olub

Naxçıvan Muxtar Respublikası (MR) İctimai Səhiyyə Xidmətinə təyinat olub.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan MR səhiyyə nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Samiq Asəf oğlu Sadıxov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sevda Şıxəliyeva İctimai Səhiyyə Xidməti direktorunun müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Naxçıvan MR İctimai Səhiyyə Xidməti ötən ilin iyul ayında Muxtar Respublikanın Gigiyena və Epidemiologiya Mərkəzi və onun rayon şöbələrinin əsasında yaradılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
6
Mənbələr
Şərh ()
Bağla