AZ

Hindistanda qızıla tələb 8% artıb

Hindistanda qızıla tələb bu ilin birinci rübündə 8% artaraq 136,6 tona çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ümumdünya Qızıl Şurasının məlumatında deyilir.

Məlumata görə, qiymətli metala tələbatın artmasına Hindistandakı əlverişli iqtisadi vəziyyət və onun daxili qiymətlərinin tarixi maksimuma çatmasına baxmayaraq, Mərkəzi Bank tərəfindən qızılın intensiv alışı kömək edib.

Nəzərdən keçirilən dövr ərzində Hindistanda qızıla tələb dəyər ifadəsində illik müqayisədə 20% artaraq 9 milyard dollara çatıb. Ötən il qızıl-zinət əşyalarına tələb isə 4% artaraq 91,9 tondan 95,5 tona yüksəlib.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla