AZ

Dünyanın ən dərin mavi dəliyi kəşf edildi

Alimlər 2021-ci ildə Meksikanın Yukatan yarımadasının sahillərində kəşf edilən \"Taam Ja\"nın 420 metr hündürlüyündə dünyanın ən dərin mavi dəliyi olduğunu açıqlayıblar.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, alimlər keçən il dünyanın 2-ci ən dərin mavi dəliyi olaraq elan etdikləri \"Taam Ja\"da yenidən ölçmə aparıblar.

Müvafiq olaraq, dərinliyi ən azı 420 metr olduğu müəyyən edilən \"Taam Ja”da birinci ölçmə ilə ikinci ölçü arasında ən azı 146 metr fərq aşkar edilib.
 
Beləliklə, \"Taam Ja” Cənubi Çin dənizində 301 metr dərinlikdə olan Əjdaha dəliyini geridə qoyaraq birinci yerə yüksəlib.

\"Taam Ja\"nın dənizaltı tunel və mağaraların labirintinə bağlı olduğu düşünülür.

Mavi dəlik mayya dilində \"dərin su\" mənasını verən \"Taam Ja\" adlanır.
 
Mikayıl
 

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla