- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik "Bavariya"ya başçılıq etmək təklifindən imtina edib.
Offsideplus.az xəbər verir ki, daha əvvəl hər 2 tərəf danışıqlar faktını təsdiqləmişdi.
65 yaşlı mütəxəssis 2022-ci ilin yayından rəhbərlik etdiyi Avstriya millisində fəaliyyətini davam etdirəcək.
2021-ci ildə Ranqnik "Lokomotiv"in idman və inkişaf şöbəsinin rəhbəri olub. Alman mütəxəssis 2021-ci ilin dekabrından 2022-ci ilin may ayına kimi “Mançester Yunayted”in baş məşqçi əvəzi vəzifəsində çalışıb.