AZ

Sülh Sammitindən sonra Kremllə danışıqlar başalaya bilər - Rusiya Sammitə niyə çağırılmır?

“Qlobal Sülh Sammitində sülh danışıqları Rusiya Federasiyasının iştirakı olmadan planlaşdırılır, çünki indi təcavüzkar dövləti danışıqlara cəlb etməyin mənası yoxdur”.

“AzPolitika”xəbər verir ki, bunu Ukraynanın XİN başçısı Dmitri Kuleba “Foreign Policy” nəşrinə müsahibəsində deyib.

Kuleba deyib ki, Rusiyanın bu sammitə xoş niyyətlə qatılamasını və ondan hansısa vicdanlı davranış gözləmək mənasızdır. Kremli “vicdanla hərəkət etdiyi vəziyyətə” gətirməyin isə yalnız iki yolu var: “Birincisi, döyüş meydanında uğur qazanmaq, ikincisi isə eyni prinsip və yanaşmaları bölüşən ölkələrin koalisiyasının yaradılmasıdır. Biz bilirik ki, əgər siz onu vicdanla hərəkət etməyə vadar edə bilmirsinizsə, Rusiyanı danışıqlar masasına gətirməyin mənası yoxdur... Bu sammitin məqsədi gələcək fəaliyyət prinsipləri və yanaşmalarını bölüşən ölkələri birləşdirməkdir”.

Ukrayna XİN rəhbərinin sözlərinə görə, Rusiya tərəfi yalnız Qlobal Sülh Sammitindən sonra sülh danışıqlarının iştirakçısına çevrilə bilər. Kuleba onu da etiraf edib ki, qarşıdurmanın hər iki tərəfinin iştirakı olmadan müharibəyə son qoymaq olmaz.

Xatırladaq ki, rəsmi Kiyev İyunda İsveçrədə keçiriləcək Ukrayna üzrə Qlobal Sülh Sammitinə Azərbaycanı da dəvət edib. Azərbaycan isə Prezident Volodimir Zelenskiyə noyabrda Bakıda keçiriləcək COP-29-a dəvət göndərib.

“AzPolitika.info”

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla