AZ

Tahir Budaqov: "Türk dövlətlərinin iqtisadi potensialı çoxşaxəli tərəfdaşlığı dərinləşdirməyə zəmin yaradır”

"Türk dövlətləri arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və Türk Dövlətləri Təşkilatı timsalında nüfuzlu regional ittifaqın yeni qlobal güc mərkəzinə çevrilməsi üçün əlverişli zəmin mövcuddur".

Bu fikri Türk Dövlətləri İqtisadi Forumunda çıxış edən YAP sədrinin müavini Tahir Budaqov səsləndirib. Onun sözlərinə görə, bu gün siyasi, mədəni, humanitar sfera, eləcə də nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı və turizmlə yanaşı, təhlükəsizlik və müdafiə məsələləri də diqqət mərkəzindədir: "Türk dövlətlərinin mövcud resursları, iqtisadi potensialı həm ikitərəfli, həm də çoxşaxəli tərəfdaşlığı dərinləşdirməyə zəmin yaradır. Ümumilikdə 1,4 trilyon ABŞ dollarından çox ÜDM-ə malik türk dövlətlərinin nəhəng potensialından səmərəli istifadə olunması təşkilatın iqtisadi və siyasi cəhətdən aparıcı güc mərkəzlərindən birinə çevrilməsinə imkan verir".

T.Budaqov Azərbaycanın türk dövlətləri ilə iqtisadi münasibətlərin inkişafına, o cümlədən ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşunun artırılmasına xüsusi diqqət yetirdiyini vurğulayıb: "Zəngəzur dəhlizinin reallaşdırılması türk dövlətlərinin yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gəlməsini, türk dünyasında kommunikasiya və inteqrasiyanın güclənməsini şərtləndirir. Bütün bunlar türkdilli ölkələri sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlığa yönəltməklə yanaşı, uzunmüddətli əlaqələrin qurulmasına təkan verəcək".

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla