AZ

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti: Füzulidə yerləşən Xocaəhmədli kəndini bərpa etməyi planlaşdırırıq

Türk

Bakı, 2 may, AZƏRTAC

Azərbaycan dövləti ərazilərini işğaldan azad etdikdən sonra həmin yerlərdə mədəniyyət abidələrinin geniş bərpasına başlayıb. Ona görə də Türk Mədəniyyəti və İrsi Fondu Füzulidə yerləşən Xocaəhmədli kəndini bərpa etməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bunu Fondun prezidenti Aktotı Raimkulova “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” panel sessiyasında çıxışında deyib. O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə məcburi köçkünlərin qayıdışı uğurla davam edir. Bu məsələdə Azərbaycan çox böyük uğurlar əldə edib.

“Şuşanın mədəniyyət paytaxtı elan edilməsi bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətli olduğunu bir daha göstərir”, - deyə o vurğulayıb.

Seçilən
50
1
Mənbələr
Şərh ()
Bağla