AZ

Ermənistan Ombudsmanı Kirants kəndində polisin hərəkətlərini şərh etməkdən imtina edib

Ermənistan nazirliklərinin nümayəndələri və Ombudsman Anait Manasyan erməni müxbirin “Kirants kəndində baş verən hadisələri şərh etməklə bağlı” sualları cavablandırmaqdan imtina ediblər.

Herbiand.az news.am-a istinadən bildirir ki, onlar tələsik hökumət binasına daxil olublar.

Artıq xəbər verildiyi kimi, səhər tezdən iri polis qüvvələri Kirants kəndinə gəlib. Onlar kobudcasına yolu bağlayan sakinlərə, o cümlədən azyaşlılara güc tətbiq ediblər.

Ermənistan Daxili İşlər Nazirliyi bildirib ki, Müdafiə Nazirliyi Kirants kəndi yaxınlığında minalardan təmizləmə işləri aparır. Ona görə də kəndə gedən yollar bağlıdır. Jurnalistləri də kəndə buraxmırlar.

Kəndin başçısı Kamo Şahinyanın sözlərinə görə, kənd sakinləri minalardan təmizləmə prosesinin qarşısını almaq üçün növbətçilik edirlər.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla