AZ

ADPU COP29-a necə hazırlaşır?

Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi edəcək. Hər il fərqli bir ölkədə keçirilən tədbir noyabrın 11-dən 24-dək Bakıda baş tutacaq.

 

Maraqlıdır, layihə ilə bağlı universitetlərdə tələbələri məlumatlandırmaq üçün nələr təşkil olunur?

 

 

AzEdu.az Təhsil Portalı olaraq mövzu ilə bağlı universitetlərə sorğu ünvanladıq.

 

Sorğumuza Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat xidmətindən bildirib ki, universitetdə Azərbaycan Respublikasında ölkəmizin ev sahibliyi edəcəyi COP29 sammiti və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı həm tələbələr, həm də elmi-pedaqoji ictimaiyyət üçün silsilə tədbirlər təşkil olunur:

 

 

“Bunlara misal olaraq, “Yaşıl təhsil” elmi-praktik konfransı, “Qlobal ekoloji problemlər: səbəbləri, həlli yolları” mövzusunda seminar, “Bərk məişət tullantılarının düzgün idarə edilməsi” ilə bağlı maarifləndirici təlim,  “Təhsildə ekoloji tərbiyə” mövzusunda tədbir, dəyirmi masalar və s. göstərilə bilər.

 

Sözügedən tədbirlərdə və tələbə təşkilatlarının sosial şəbəkə hesablarında Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi edəcəyi nəhəng tədbir barədə məlumatlar verir və onların sözügedən tədbirin təşkilində könüllü fəaliyyətin əhəmiyyətliliyi qeyd olunur. Ümumiyyətlə, bu istiqamətdə il ərzində mütəmadi tədbirlərin keçirilməsi diqqət mərkəzindədir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla