AZ

Rusiya danışıqlar masasına oturacaq – Ekspert səbəbi sadaladı

Ukrayna verilən silahlardan uğurla istifadə edə bilsə, Rusiyanı danışıqlar masasına oturda bilər. Tribunainfo.az yazır ki, bu barədə siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib. O qeyd edib ki, ABŞ-nin Ukraynaya silah tədarükü hücum xarakterlidir və bu, Rusiya ordusuna öldürücü təsir edəcək:

“Demək olar ki, növbəti aylarda müharibənin yeni mərhələdə davam edəcəyinin şahidi olacağıq. Fransa, İngiltərənin Ukraynaya məhdud sayda qoşun göndərməsi mümkündür. Ukrayna verilən silahlardan uğurlu istifadə edəcəksə, Rusiya danışıqlar masasına oturacaq. Xüsusilə Türkiyənin vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında danışıqlar mümkün ola bilər”.

Nigar

Seçilən
90
1
Mənbələr
Şərh ()
Bağla