AZ

Pentaqon: ABŞ ordusunun döyüş hazırlığının azalması Ukraynaya tədarüklə bağlıdır

Pentaqon ABŞ ordusunun hərbi texnika parkının döyüş hazırlığının azaldığını bildirib. Buna səbəb Ukraynaya silah tədarükünün olması hesab edilir.

Herbiand.az bildirir ki, bunu ABŞ ordusunun baş qərargah rəisinin müavini general Ceyms Minqas deyib.

Senatın Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə ondan ABŞ ordusunun hərbi texnika parkının döyüş hazırlığı və onun elementləri barədə danışması istənilib.

"Bredley” piyadalarının döyüş maşınları, haubitsalar. Hazırda hərbi texnika parkının döyüş hazırlığı bizim özümüz üçün müəyyən etdiyimiz standartlardan aşağıdır. Bunun bir hissəsi texnikanın bir bölmədən digərinə və yenidən anbara köçürülməsi ilə bağlıdır. Bəziləri – Ukraynaya ötürdüyümüz texnikadır. Parkın əksəriyyəti üçün standartımız təxminən 90% döyüş hazırlığıdır, lakin döyüş hazırlığı indi təxminən 80% təşkil edir”, - general bildirib.

Pentaqonun məlumatına görə, Co Baydenin prezidentliyi başlayandan bəri Amerika Birləşmiş Ştatları Ukraynaya təhlükəsizlik sahəsində 44,9 milyard dollardan çox, o cümlədən 2022-ci ilin fevralından bu yana 44,2 milyard dollardan çox yardım edib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla