AZ

Çempionlar Liqasında ikinci gənc

PSJ-nin yarımmüdafiəçisi Uorren Zair-Emeri Çempionlar Liqası (ÇL) tarixinə düşüb.

Msport.az xəbər verir ki, o, yarımfinalında Dortmund “Borussiya”sı ilə oyunda meydana çıxmaqla bunu bacarıb.

Zaire-Emeri ÇL-in yarımfinal görüşündə start heyətində mübarizə aparan ən gənc ikinci oyunçu olub. 18 yaşlı yarımmüdafiəçi 18 yaşında bunu həyata keçiribsə, bu baxımdan yalnız 2011-ci ildə 17 yaşında meydana çıxan Yulian Drakslerdən geri qalır.

Qeyd edək ki, PSJ Dortmundda keçirilən oyunda “Borussiya”ya 0:1 hesabı ilə məğlub olub. Komandalar arasında cavab matçı mayın 7-də olacaq.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla