AZ

Dortmund “Borussiya”sı Çempionlar Liqasına vəsiqə qazandı

Çempionlar Liqasının ilk yarımfinal oyununda evdə PSJ üzərində qələbə (1:0) Dortmund “Borussiya”sı üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Fransa nəhəngi üzərində bu qələbə sayəsində Dortmund təmsilçisi UEFA-nın əmsallar cədvəlində Almaniyaya üstünlük qazandırıb.

İndi Almaniya UEFA-nın cari mövsüm üzrə ölkələr arasında əmsallar cədvəlində 2-ci pillədə qərarlaşıb. Bu isə Çempionlar Liqasının növbəti mövsümündə Bundesliqanı qitənin ən mötəbər klub yarışında 5 alman klubunun təmsil edəcəyi deməkdir.

Xatırladaq ki, daha əvvəl İtaliya klublarının avrokubokların cari mövsümündə uğurlu çıxışı, İtaliyanın UEFA-nın cari mövsüm üzrə ölkələr arasında əmsallar cədvəlin zirvəsində yer almasını təmin etmişdi. Beləliklə, İtaliya A Seriyası da Çempionlar Liqasının növbəti mövsümündə 5 klubla təmsil ediləcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının növbəti mövsümü yenilənmiş tərtibat əsasında keçiriləcək. Yarışda 32 deyil, 36 komanda mübarizə aparacaq.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla