AZ

Əfqanıstan paytaxtında kənd təsərrüfatı sərgisi açılıb

Əfqanıstan

Bakı, 2 may, AZƏRTAC

Əfqanıstan müvəqqəti hökumətinin Kənd Təsərrüfatı, Suvarma və Heyvandarlıq Nazirliyi paytaxt Kabildə kənd təsərrüfatı sərgisi təşkil edib.

AZƏRTAC xəbər verir ki, dörd gün davam edəcək sərgi ölkədə kənd təsərrüfatı sahəsinin inkişafını stimullaşdırmaq və yerli fermerlərə dəstək məqsədi daşıyır. Sərgidə 56-sı qadınlar üçün olmaqla, 263 stendində yerli məhsullar nümayiş olunur.

“Əfqanıstan hökuməti kənd təsərrüfatı məhsullarının keyfiyyətini yaxşılaşdırmaq üçün fermerləri məhsuldar toxum və gübrələrlə təmin edir, həmçinin sərmayəçiləri aqrar sektora investisiya qoymağa və fermerlərə dəstək olmağa çağırır”, - deyə Əfqanıstan baş nazirinin müavini Mövlavi Əbdül-Kəbir sərginin açılış mərasimində bildirib.

Əfqanıstanın hakimiyyət orqanları ölkə əhalisinin təxminən 80 faizinin – 35 milyon nəfərin asılı olduğu kənd təsərrüfatı sektoruna dəstək məqsədilə hər il müxtəlif yarmarkalar keçirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
50
Mənbələr
Şərh ()
Bağla