AZ

İran ABŞ və İngiltərədəki şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq edir

İran ABŞ və Böyük Britaniyanın yüksək vəzifəli şəxslərinin də olduğu 15 şəxs və 10 təşkilata “İsrailin fələstinlilərə qarşı terror hücumlarını dəstəklədikləri” səbəbi ilə sanksiya tətbiq etmək qərarına gəldiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyindən verilən iki ayrı yazılı açıqlamada bildirilib.

Sanksiya siyahısına daxil edilən şəxslər və təşkilatların “İsrailin Qəzza zolağında həyata keçirdiyi terror aktlarına dəstək verərək ciddi insan haqları pozuntularına qarışdıqları” ifadə edilib.

Bununla əlaqədar Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps da daxil olmaqla 8 yüksək rütbəli britaniyalı rəsmi, İngiltərə Hərbi Hava Qüvvələrinin Cənubi Kipr Rum Administrasiyasında yerləşən Akrotiri Hava Bazası, Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus HMS Diamond döyüş gəmisi, Elbit Systems, Rafael Advanced Defense Systems ilə birlikdə və Meggitt Defence şirkətlərə sanksiya tətbiq edilməsinə qərar verilib.

 

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla