AZ

Qəza işıqlarını yandırmağa görə cərimə yazılır? – DYP-dən AÇIQLAMA

Son vaxtlar sürücülərin marağına səbəb olan məsələlərdən biri də qəza işıqlarından istifadənin qayda pozuntusu olub-olmamsıdır.

Bəs qəza işıqlarını yandırmağa görə cərimə yazılır?

Avtosfer.az xəbər verir ki, bu sualı Avto FM radiostansiyasının efirində yayımlanan "Qaydaları pozma" verilişində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli cavablayıb.

O bildirib ki, qəza işıqları adından bəlli olduğu kimi, qəzanın qarşısını almaq, qəza baş verdiyi halda məlumat vermək üçün yandırılan işıqdır: “Yəni kimsə kiməsə sağol demək məqsədilə və ya toy karvanlarında çoxlu maşının hamısı bu qəza işığını yandırmaq məcburiyyətində deyil. Piyadalara yol verilərkən qəza işığının yandırılması əslində sürücünün düzgün verdiyi qərardır. Sürücü nizamlanmayan və yaxud da nizamlanan keçiddən yolu düzgün keçməyən piyadanın yola qaçdığını görür. Ətrafdakı sürücüləri xəbərdar etmək üçün də bu işıqları yandırır ki, mən dayandım, sən də dayan. Bu dünyada qəbul olunan bir hal deyil. Çünki normalda sürücü də piyada da düzgün rəftar etməlidir. Piyada yolu keçəndə yola qaçmamalıdır ki, sürücü çıxılmaz vəziyyətdə qalmasın. Yəni həm piyadanı vurmasın, həm də piyadaya görə onu vurmasınlar. Belə hallar baş verib ki, insanlar qəza işıqlarından istifadə edirlər. Sürücünün məqsədi qəza halı yaratmamaqdır. Bu səbəbdən heç kim sürücüyə deyə bilməz ki, sən bu işığı niyə görə yandırdın? Çünki o bildirəcək ki, mən qəzanı hiss elədiyim arxadan gələn sürətini görüb, təhlükənin qarşısını aldım. Yoxsa kimsə dayanma-durma qaydalarını pozub, qəza işığını yandırıb mağazada 15 dəqiqə hər hansı bir məhsulu seçir. Bu, qəza işığının təyinatı deyil”.

Məhəbbət Tərlanoğlu

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla