AZ

İranda turizm kəndi yanıb (VİDEO)

Bakı. Trend:

İranın şimalında yerləşən Gilan vilayətinin Şəft rayonundaturizm kəndi olan İmamzadə İbrahim kəndində 100 yaşayış və ticarətbinası yanıb.

Trend-in məlumatına görə, bunu İranın Şəft rayonu qubernatoruMehdi Nəqdi deyib.

Onun sözlərinə görə, baş verən yanğın nəticəsində xəsarət alanolmayıb.

Nəqdi əlavə edib ki, ətraf kəndlərdən yanğınsöndürmə xidmətləriəraziyə cəlb olunsa da, binalar ağac materiallarından tikildiyinəgörə, tamamilə yanıb.

Qubernator yanğına səbəbin elektrik qısaqapanması olduğunudeyib.

Qeyd edək ki, qeyd olunan turizm kəndi 2013-cü ildə də təxminən100 bina yanmışdı. Bu turizm kəndinə yaz və yay fəsillərində çoxlusayda ziyarətçi axışır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla