AZ

Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində növbəti panel keçirilib - FOTO

Mədəni irsin qorunması istiqamətində səylərimizin birləşdirilməsinin vacib olduğunu hesab edirik.

APA xəbər verir ki, bu baradə Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” adlı panel sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, müharibələrdən sonra mədəni irsə böyük ziyan dəyir:

"Amma ümid hər zaman var. Mədəniyyətimiz dözümlüdür. Mədəniyyətin bərpası sülhə aparan çağırışlarla doludur. Biz daim nəzərdə saxlamalıyıq ki, konfliktlərin həllində mədəniyyətlərarası dialoq önəmlidir. Biz mədəniyyətlər arasında körpü qurmalıyıq. Konflikt sonrası mədəni irsin qorunması yollarını müzakirə etməli və həll yolları istiqamətində səylərimizi birləşdirməliyik. Bu, həmçinin dünya mədəni irsinin qorunmasında vacib amildir".

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoti Raimkulova çıxışı zamanı deyib ki, Azərbaycan öz suverenliyini bərpa edib və işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə başlanılıb:

"Bizim fondumuz da bu işlərdə Azərbaycana töhfə verməyə hazırdır".

O, həmçinin bildirib ki, mədəniyyət ziddiyyətli qruplar arasında fikir ayrılıqlarını aradan qaldırmaq üçün bir vasitədir:

"Türk mədəniyyəti irsinin siyahısının hazırlanması, eyni zamanda rəqəmsal platformanın yaradılması istiqamətində addımlar atılacaq".

ICESCO-nun İslam Dünyası İrs Mərkəzinin direktoru Vebber Ndoro deyib ki, hansısa mədəni irs nümunəsinin qorunması barədə beynəlxalq təşkilatlardan çağırış olmamalıdır, insanlar özləri nəyi qoruyacaqlarına qərar verməlidirlər.

Panel müzakirəsində iştirak edən digər qonaqlar - UNESCO üzrə Türkiyə Milli Komissiyasının prezidenti Öcal Oğuz, sülh üzrə müxbir Reza Deqati məruzəçi kimi çıxış edərək, müharibə və münaqişələrin mədəniyyətə vurduğu zərərlərdən söz açıb, dayanıqlı sülhün bəşəriyyət üçün vacibliyini vurğulayıblar.

Mədəniyyətlərarası Mədəniyyətlərarası Mədəniyyətlərarası Mədəniyyətlərarası Mədəniyyətlərarası

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla