AZ

Mövsümdə ilk

Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin ilk oyununda Dortmund “Borussiya”sının qonağı olan PSJ 0:1 hesabı ilə məğlub olub.

Msport.az xəbər verir ki, bununla Fransa klubu cari mövsümdə ilk yaşayıb.

Belə ki, parislilər mövsüm ərzində birinci dəfə hansısa qarşılaşmada qol vurmadan uduzub. Ümumiyyətlə, Luis Enrikenin yetirmələri 2023-24-də beş dəfə yenilgi üzü görüb. Bunun biri Fransa çempionatında “Nitsa”ya (2:3), dördü isə Çempionlar Liqasında “Nyukasl” (1:4), “Milan” (1:2), “Barselona” (2:3) və “Borussiya”ya (0:1) olub.

Qeyd edək ki, PSJ ilə “Borussiya” arasında cavab görüşü mayın 7-də “Park de Prens”də olacaq.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla