AZ

Kurtua Avro-2024-ə qədər bərpa olanacaq?

Belçika millisinin baş məşqçisi Domeniko Tedesko zədə səbəbindən mövsümün böyük hissəsini buraxan "Real Madrid"in təcrübəli qapıçısı Tibo Kurtuanın Avro-2024-də iştirak etməyəcəyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 31 yaşlı qolkiper avqustda ön çarpaz bağını yırtdıqdan sonra mart ayında menisküsü də cırılmışdı.

O, sürətlə sağalsa da, Kurtua bu yay Almaniyada meydana çıxmayacaq. Belçikalı qolkiper 102 dəfə millinin formasını geyinib.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla