AZ

“Könüllü DOST” proqramının 5 illik fəaliyyətinə həsr olunmuş “TeaTalks with DOSTs” adlı tədbir keçirilib

Bakı, 2 may, AZƏRTAC

Mayın 2-də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində DOST Agentliyinin “Könüllü DOST” proqramının beş illik fəaliyyətinə həsr olunmuş “TeaTalks with DOSTs” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, “Könüllü DOST” proqramının “Könüllü Klubları” çərçivəsində premium “TeaTalks with DOSTs” tədbirinin keçirilməsində əsas məqsəd könüllü gənclərlə hökumət rəsmilərinin, CEO-ların və digər top menecerlərin görüşlərinin təşkili, onların uğur hekayələrini könüllülərlə paylaşmaları və gənc könüllülərdə liderlik bacarıqlarının inkişafına dəstək göstərməkdir.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin sədr müavini Ceyhun Salmanov, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli və digərləri iştirak ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev “Könüllü DOST” iştirakçılarını proqramın beş illiyi münasibətilə təbrik edib. O, ölkəmizdə könüllülük hərəkatının genişlənməsində “Könüllü DOST” proqramının əhəmiyyətini diqqətə çatdırıb. Həmçinin nazir müavini DOST brendinin qısa müddətdə böyük uğur qazanmasında və DOST mərkəzlərində yüksək vətəndaş məmnunluğuna nail olunmasında proqram iştirakçılarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Könüllülərin xüsusi qayğıya ehtiyacı olan şəxslərə yardım etmək kimi nəcib işlə məşğul olaraq bu sahədə dəstək göstərdiklərini, eyni zamanda, sosial sahə ilə bağlı böyük təcrübə qazandıqlarını qeyd edib.

Digər çıxış edənlər “Könüllü DOST” proqramı iştirakçılarını təbrik edərək, könüllülüyün ölkəmizdə olan böyük əhəmiyyətindən bəhs ediblər.

Tədbirdə könüllülər üçün “CEO Talks” təlimi keçirilib. Çıxış edənlər gənclərlə idarəçilik sahəsində öz bilik və bacarıqlarını bölüşərək onlara gələcək karyera fəaliyyətləri üçün tövsiyələr veriblər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
1
Mənbələr
Şərh ()
Bağla