- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Türkiyə Milli Müdafiə Nazirliyində keçirilən məlumatlandırma toplantısında terrorla mübarizə ilə bağlı məlumat verilib.
News24.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin terrorun mənbəyində məhv edilməsi strategiyası çərçivəsində yanvarın 1-dən isə ümumilikdə 845 terrorçu zərərsizləşdirilib. 376-sı İraqın şimalında, 469-u isə Suriyanın şimalında olub.
Son bir həftədə 2 min 264 şübhəlinin sərhədi keçməsinin qarşısı alınıb
Sərhəd təhlükəsizliyi ilə bağlı aşağıdakı məlumatlar paylaşılıb:
Son bir həftədə 9-u terror təşkilatı üzvü olmaqla ümumilikdə 364 şübhəli qeyri-qanuni yoldan keçməyə cəhd edərkən yaxalanıb. 2 min 264 şübhəli sərhədi keçmədən qarşısı alınıb.
Beləliklə, yanvarın 1-dən etibarən sərhədlərimizi qanunsuz keçməyə cəhd edənlərin sayı 3 min 133-ə yüksəlib. Sərhədi keçmədən bloklananların sayı 50 min 860-a çatıb.
Son bir həftə ərzində keçirilən əməliyyatlar zamanı 40 kiloqramdan çox narkotik vasitə (Metamfetamin) müsadirə edilib.
Günel Məlikzadə