AZ

ABŞ-dan yeni sanksiyalar: Siyahıda Türkiyə də var

ABŞ Maliyyə Nazirliyi Türkiyə, Belçika və Çindəki bəzi şirkətlər də daxil olmaqla yeni Rusiya sanksiyalarını açıqlayıb.

Turkustan.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Rusiyanın Ukrayna müharibəsinə görə ona qarşı tətbiq etdiyi sanksiyaları pozmaq səylərini hədəfə alıb. Yeni açıqlanan sanksiya siyahısına Türkiyə, Belçika və Çindəki bəzi şirkətlər də daxildir.

Yeni sanksiyalar Rusiyanın müdafiə sənayesini, habelə kimyəvi və bioloji silah proqramları və Rusiyanın müdafiə sənayesi üçün mühüm materialları təmin edən üçüncü ölkələrin şirkətləri və fiziki şəxslərini hədəf alıb.

Vaşinqton bundan əvvəl Çin, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin bəzi şirkətlərinə sanksiya tətbiq etməklə Moskvanın Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaları pozmasının qarşısını almağa çalışmışdı.

ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamentinin elan etdiyi yeni sanksiyalarla ümumilikdə 300-ə yaxın şirkət, fərd və qurum hədəfə alınıb.

Onlardan 60-a yaxını Azərbaycan, Çin, Belçika, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Slovakiyada yerləşir. Maliyyə Nazirliyinin açıqlamasında bu ölkələrdəki bəzi şirkətlər “Rusiyanı təcili ehtiyac duyduğu texnologiya və avadanlıqla təmin etməkdə” ittiham olunur.

Maliyyə Nazirliyinin məlumatına görə, Honq-Konq və Çindəki bəzi şirkətlər Rusiya ordusunu tıxaclar, sensorlar və pilotsuz uçuş aparatlarının mühərrikləri ilə təchiz etməkdə ittiham olunur.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
2
Mənbələr
Şərh ()
Bağla