AZ

Turan Rzayev: “Bu dəyişikliyi də Ermənistan qeyd-şərtsiz icra etməlidir”

Artıq bir neçə müddətdir ki, Azərbaycan Ermənistana sülh müqaviləsinin maddələrini təqdim  edib. Hər iki ölkənin səlahiyyətli nümayəndələri görüşləri zamanı bu maddələri müzakirə edir.Azərbaycanın Ermənistana təqdim etdiyi sülh müqaviləsinin  maddələrindən biri də Ermənistanın konstitusiyasında  dəyişikliyin olmasıdır. Ermənistanın bu maddəyə razı olması nə dərəcədə realdır?

Mövzu ilə bağlı suallarımızı cavablayarkən politoloq Turan Rzayev bildirdi ki, Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişməsini tələb etməsi haqlı bir tələbdir:

“Ermənistan Konstitusiyasının bəzi maddələrində başda Azərbaycan olmaqla ətraf ölkələrə qarşı ərazi iddiaları əks olunub. Həmin konstitusiyasının 13-cü maddəsi Ermənistanın atributları və dövlət rəmzlərindən bəhs olunur. Maddədə qartalın sinəsindəki qalxan və orada dörd “tarixi erməni krallığı”nın gerbləri təsvir olunub. Həmin krallıqların əhatə etdiyi ərazilər Azərbaycanın Naxçıvan, Qarabağ, Gürcüstanın Cavaxetiya, Türkiyənin şərq vilayətlərini əhatə edir. Bu halın konstitusiyada öz əksini tapması, qeyd olunması gələcəkdə Ermənistanın ərazi iddiaları yenidən çıxış etməsinə gətirib çıxara bilər”.

 Turan Rzayev qeyd edib ki, Azərbaycan tərəfinin tələblərini müvəqqəti görmək lazım deyil:

“Azərbaycan uzunmüddətli sülhün tərəfdarıdır və bölgədə sabitliyin olmasını istəyir.  Ən ən kiçik nüans belə gözardı edilməməlidir. Bütün bu məsələlər Ermənistadan qəbul edilməsi istənilir ki, gələcəkdə hakimiyyət dəyişildikdə, hazırkı hakimiyyətə qarşı əks mövqedən çıxış edən radikal qüvvələr hakimiyyətə gələcəkləri təqdirdə, onlar  bugünkü prosesləri dəyişə bilməsinlər. Yəni Ermənistan Azərbaycana qarşı işğalçı siyasətinə başlaya bilməsin. Bunun üçün də konstitusiyanın dəyişməsi vacibdir və bu məsələ sülh sazişində qeyd olunmalıdır. Bu dəyişikliyi də Ermənistan qeyd-şərtsiz icra etməlidir. Bunu diktədən çox gələcək, perspektivə yönəlmiş sülhə xidmət edəcək addım kimi qiymətləndirmək lazımdır. Ermənistan da bunu başa düşməlidir”.

Emin ŞİRVANZADƏ

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla