AZ

BMT Təhlükəsizlik Şurasında sədrlik Mozambikə keçib

Mozambik may ayında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına sədrlik edəcək.
Mozambikin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Pedro Komissario Afonso mövzu ilə bağlı mətbuat konfransı keçirib.
Afonso ay ərzində mülki şəxslərin müdafiəsi, münaqişələrin qadın və uşaqlara təsiri, dünyadakı qarşıdurmalar da daxil olmaqla bir çox mövzunun gündəmə gələcəyini bildirib.
Qəzzadakı vəziyyətdən danışan Afonso ölkəsinin təcili atəşkəsi dəstəklədiyini və bu istiqamətdə səy göstərəcəklərini bildirib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasına sədrlik martın 1-dən Maltadan Mozambikə -keçib.
Məlumata görə, Mozambikdən sonra Cənubi Koreya BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
1
Mənbələr
Şərh ()
Bağla