AZ

Baydenin qalibiyyəti xalqın məğlubiyyətidir – Tramp

“Baydenin qalibiyyəti ABŞ xalqının məğlubiyyəti deməkdir”.

NOCOMMENT.az xəbər verir ki, ABŞ-nin 45-ci prezidenti Donald Tramp belə deyib. O, məhz Baydenin rəhbərliyi dövründə ölkəsinin artan inflyasiyadan əziyyət çəkdiyini bildirib:

“Toyuq əti 24%, uşaq qidası 30%, yumurta 50%, benzin 54%, aviabiletlər 33% bahalaşıb. 30 illik ipoteka dərəcəsi 7,6%-ə çatıb. Mən gedəndə 2,6% idi. Bizdə inflyasiya yox idi. Hər şey çox yaxşı idi. Baydenomika Amerikanın orta və aşağı təbəqəli əhalisini iqtisadi fəlakət qarşısında qoyur. Bu seçkidə Co Bayden qalib gəlsə, Amerikan xalqı məğlub olacaq. Demokratlar 2020-ci ildə prezident seçkisində saxtakarlıq etdilər, lakin biz onların bu ilki seçkini saxtalaşdırmasına icazə verməyəcəyik”.

Trampın sözlərinə görə, ABŞ iqtisadi fəlakət yaşayır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla