- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Bakı. Trend:
Ərzurum (Türkiyə) və Şuşa şəhərlərinin 2025-2026-cı illər üzrəturizm paytaxtları seçilməsi regional əməkdaşlığın gələcəkinkişafına imkan yaradacaq.
Trend xəbərverir ki, bu barədə İƏT-in baş katibi Xusrav Noziri Bakıdakeçirilən İƏT-ə üzv ölkələrin turoperatorlarının 1-ci forumununkuluarlarında deyib.
"Turizm sahəsində əməkdaşlığımızın fonunda İƏT-in yenitəşəbbüsünü qeyd etmək istərdim. Təşəbbüs hər il təşkilatın turizmpaytaxtlarının elan edilməsindən ibarətdir. Bu il bu tituluÖzbəkistanın Şaxrisabz şəhəri daşıyacaq, qarşıdakı illərdə isə(müvafiq olaraq 2025 və 2026-cı illər) Türkiyənin Ərzurum vəAzərbaycanın Şuşa şəhərləri İƏT regionunun rəsmi turizm paytaxtıstatusu əldə edəcək.
İnanıram ki, Ərzurum və Şuşa şəhərlərinin 2025 və 2026-cıillərdə turizm paytaxtları elan edilməsinə həsr olunmuş tədbirlərturizm sahəsində regional əməkdaşlığın gələcək inkişafına imkanyaradacaq", - deyə o bildirib.
Qeyd edək ki, İƏT üzv ölkələr arasında iqtisadi, texniki vəmədəni əməkdaşlığı inkişaf etdirmək üçün 1985-ci ildə İran,Pakistan və Türkiyə tərəfindən yaradılmış hökumətlərarası regionaltəşkilatdır.
1992-ci ildə təşkilat 7 yeni üzvün - Əfqanıstan, Azərbaycan,Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanında daxil olması ilə daha da genişlənib.
(Tərcümə: Rəna Əbdürəhmanova)