AZ

Ronaldo “Kruzeyro”nu satdı

Ronaldo “Kruzeyro”nun sahiblik hüququndan imtina etmək qərarına gəlib.

Braziliya yığmasının sabiq hücumçusu klubun səhmlərini satdığını bəyan edib.
İspaniyada “Valyadolid”in də sahibi olan Ronaldo ona məxsus olan səhmlərin 90 faizini nəhəng supermarketlər şəbəkəsinin sahibi Pedro Lorensoya satıb. Yerli mənbələr bu əməliyyatın 600 milyon reala (117 milyon dollar) reallaşacağını qeyd edir. Xatırladaq ki, Ronaldo “Kruzeyro”nun səhmlərini 2021-ci ildə 400 milyon reala (70 milyon dollar) almışdı. Onda komanda B seriyasında çıxış edirdi. Belu Orizonte klubu A seriyasına qayıtmış və ötən mövsümü 14-cü yerdə başa vurmaqla yüksək liqadakı yerini çətinliklə qorumuşdu.

Ronaldo çərşənbə axşamı keçirdiyi mətbuat konfransında maraqlı açıqlama verib:
“Qısa danışacağam. Növbədə “Valyadolid”di. Ola bilsin ki, gələcəkdə futbol sənayesi ilə bağlı hansısa işlə məşğul olacağam. Sadəcə, bundan sonra bu sahədə daha diqqətli və məsuliyyətli olmağa çalışacağam”.
Seçilən
40
Mənbələr
Şərh ()
Bağla